"Milan”ın qapıçısı Canluici Donnarumma "Yuventus”dakı həmkarı Canluici Buffonun rekordunu yeniləyib.
Sport7.az xəbər verir ki, o, buna A seriyasının 22-ci turunda "İnter”lə görüşdə (0:3) nail olub. İyirmi bir yaş 361 günlüyündə olan qapıçı yerli çempionatda 200-cü oyununa çıxıb. Beləliklə, Donnarumma 200 matç həddinə çatan ən gənc qolkiper olub.
İndiyədək ən yaxşı göstərici "Yuventus”un qapıçısı Canluici Buffona məxsus idi- 24 yaş 84 gün.
Donnarumma A seriyasında debüt matçına 2015-ci il oktyabrın 25-də çıxıb.
Sport7.az