"Milan"ın yeni transferi derbidə olmayacaq

İtaliya A seriyasının 23-cü turunda "İnter”lə qarşılaşacaq "Milan” itki ilə üzləşib.

Sport7.az xəbər verir ki, "rossonyerlər”in hücumçusu Mario Mandzukiç sıradan çıxıb. Xorvatiyalı fovard əzələsində yaranmış problem ucbatından bugünkü məşqi buraxıb. "Milan”la ötən ay müqavilə bağlayan yeni transferin "İnter”lə derbidə iştirak etməyəcəyi açıqlanıb.

"Milan” – "İnter” oyunu bu gün keçiriləcək. Hazırda "İnter” 50 xalla 1-ci, "Milan” isə 49 xalla 2-ci pillədədir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR