Millətlər Liqası və Avropa çempionatının oyunları təxirə salındı

Millətlər Liqası və Avropa çempionatının oyunları təxirə salındı

2021-ci il Millətlər Liqası, eləcə də gənclər və qadınlar arasında Avropa çempionatlarının final mərhələsinin vaxtı dəyişdiriləcək. 

Sport7.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 

Qurum bildirib ki, bu aya planlaşdırılmış pley-off oyunları beynəlxalq matçlar üçün pəncərənin açılacağı iyunda olacaq. Bu tarix vəziyyətin qiymətləndirilməsindən sonra dəyişdirilə bilər. 2021-ci ilin iyununa təyin olunmuş üçüncü və dördüncü turun qarşılaşmaları isə təxirə salınacaq. 

Gələn ilin iyun-iyulunda keçirilməli olan Millətlər Liqasının final mərhələsi, gənclər və qadınlar arasında Avropa çempionatı da ertələnəcək. Klublar öz oyunçularını təxirə salınmış bütün oyunlar üçün yığmalara göndərəcəklər. 

Qeyd edək ki, UEFA Avropa çempionatını koronavirus pandemiyası ilə əlaqədar 12 iyun - 12 iyuldan 2021-ci il 11 iyun - 11 iyula təxirə salıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR