Millimiz AÇ-ni məlubiyyətlə bitirdi

Millimiz AÇ-ni məlubiyyətlə bitirdi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan EBSL-2021 Avropa çempionatının seçmə mərhələsindəki çıxışını başa vurub. 

Sport7.az xəbər verir ki, təmsilçimiz qrupun son oyununda Almaniya yığması ilə qarşılaşıb. Oyunun əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Əlavə edilmiş hissədə daha bir qol vuran Almaniya yığması 5:4 hesablı qələbə qazanıb. Millimizin qollarını Amid Nəzərov (2), Sabir Allahquliyev və Asif Zeynalov vurub.

Millimiz 21-27 iyun tarixlərində Dünya çempionatının seçmə mərhələsində iştirak edəcək və ilk oyunda iyunun 21-də Fransa yığması ilə qarşılaşacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR