Millimiz növbəti mərhələdə

Millimiz növbəti mərhələdə

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan Dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, qrupun son oyununda Estoniya yığması ilə qarşılaşan komandamız 4:3 hesablı qələbə qazanıb. Avtoqolun qeydə alındığı oyunda millimizin digər qollarını Elçin Qasımov, Orxan Məmmədov və Sabir Allahquliyev vurub. Növbəti mərhələyə vəsiqə qazanan millimiz seçmə mərhələnin 1/4 finalında, iyunun 25-də A qrupunun qalibi ilə üz-üzə gələcək.
 
A qrupunun qalibi bu axşam keçiriləcək Ukrayna – Portuqaliya oyunundan sonra məlum olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR