Millimiz oyunöncəsi son məşqinə çıxdı - FOTOLAR

Millimiz oyunöncəsi son məşqinə çıxdı - FOTOLAR

Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası ötən gün Monteneqroda ilk məşqinə çıxıb.

Sport7.az xəbər verir ki, Podqoritsada "Verde” İdman Kompleksində baş tutan hazırlıq arenaya uyğunlaşmağa hesablanıb. F qrupunda mübarizə aparan yığmamız ikinci dövrədə ilk matçını bu gün ev sahiblərinə qarşı keçirəcək.

Gürcüstanda baş tutan birinci dövrədən sonra aktivində 3 xalı olan komandamız 3-cü pillədə qərarlaşıb.  Yunanıstan 8 xalla qrupumuza liderlik edir. İkinci dövrənin oyunlarına ev sahibliyi edən Monteneqro 7 xala sahibdir. Gürcüstan voleybolçularının hesabında isə nə set, nə də xal var. 

Avropa çempionatının təsnifat mərhələsində 7 qrupda 26 komanda mübarizə aparır. Onlardan 12-si - 7 qrup birincisi və ən yaxşı ikinci yerin sahibi olacaq 5 ölkə AVRO-2021-ə vəsiqə qazanacaq.
 
AVRO-2021-in təsnifat mərhələsi
 
F qrupu, II dövrə
 
IV tur, 14 may
 
Gürcüstan – Yunanıstan
Monteneqro - Azərbaycan
 
V tur, 15 may
 
Yunanıstan – Azərbaycan
Gürcüstan - Monteneqro
 
VI tur, 16 may
 
Azərbaycan – Gürcüstan
Yunanıstan - Monteneqro
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR