Millimiz seçmə mərhələni qələbə ilə başa vurdu

Millimiz seçmə mərhələni qələbə ilə başa vurdu

Avropa çempionatının seçmə qrup mərhələsində millimiz bu gün son oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, komandamız bu dəfə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan və ilk xalını bir neçə gün əvvəl Moldova ilə heç-heçə oynamaqla əldə edən Yunanıstan yığması ilə qarşılaşıb. Bakı İdman Sarayında baş tutan görüş millimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan 3-nü rəqib qapısından Fineo, İsa Atayev və Ramiz Çovdarov keçirib. Digər qolu isə yunan futzalçı Gousis Panagiotis öz qapısına vurub.

19.00. Azərbaycan – Yunanıstan 4:0
(Fineo De Araujo, 02:14, Gousis Panagiotis, 13:10 (ö/q), İsa Atayev, 15:23, Ramiz Çovdarov, 24:03)
 
Azərbaycan: 1. Emin Kürdov (GK), 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (K), 13. Qalo, 16. Fineo De Araujo, 12. Rövşən Hüseynli (GK), 19. Cavad Məmmədov (GK), 3. Bolinha, 5. Amir Shojaei, 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 14. Hadi Ahmadi, 20. Tofiq Mikayılov
Baş məşqçi: Joze Alesio Da Silva

Yunanıstan: 12. Dimitris Zervas (GK, K), 2. Spyridon Kondylatos, 3. Dimitrios Karavidas, 4. Gousis Panagiotis, 16. Marios Ntatis, 1. Theofilou Dimitrios (GK), 5. Floros Acxilleas, 6. Çaralampos Stavrakopoulos, 7. Andreas Tarnanidis, 8. Papakostas Spyridon, 9. İoannis Delaportas, 11. Apostolos Gkaifyllias, 10. Spyridon Papadopoulos, 15. Dimitrios Karydas
Baş məşqçi: Giannis Ziavas

Hakimlər: Yaroslav Vovçok (Ukrayna), Yevgeni Hordiyenko (Ukrayna), Knyaz Əmiraslanov (Azərbaycan)
Timekeeper: Hikmət Qafarlı (Azərbaycan)
Hakim-inspektor: Andreas Demetriou (Kipr)
UEFA nümayəndəsi: Sergey Lisençuk (Ukrayna)
14 aprel. Bakı İdman Sarayı.
 
Millimizin yer aldğı 3-cü qrupda dünən bir oyun keçirilib. Moldova doğma meydanda Slovakiya ilə qarşılaşıb. Oyun qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Yekunda xallarının sayını 11-ə çatdıran Slovakiya yığması qrup ikincisi kimi qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanıb. İndiyə qədər bu komandalar final mərhələsində itşirakını rəsmiləşdirib: Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, İtaliya, Qazaxıstan, Portuqaliya, Rusiya, İspaniya, Finlandiya, Gürcüstan, Slovakiya, Sloveniya, Niderland.
 
KOMANDALAR
O
Q
H
M
T/F
X
Azərbaycan
6
5
1
0
22-6
16
Slovakiya
6
3
2
1
21-9
11
Moldova
6
1
2
3
14-22
5
Yunanıstan
6
0
1
5
4-24
1

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR