Millimiz

Millimiz "Sumqayıt"ın əvəzedicilərinə məğlub oldu - FOTOLAR

Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, "Sumqayıt”ın əvəzedici heyəti ilə qarşılaşan millimiz 1:2 hesabı ilə məğlub olub. U-18-in heyətində Ağadadaş Salyanski fərqlənib. "Sumqayıt"dan isə Cavidan Abbaszadə dubla imza atıb.

Millimz hazırlıq çərçivəsində növbəti oyununu aprelin 21-də Birinci Divizion təmsilçisi "Qaradağ Lökbatan”a qarşı keçirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR