Millimiz xatirə turnirində iştirak edəcək

Millimiz xatirə turnirində iştirak edəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Ukrayna Futbol Federasiyasının dəvəti ilə mayın 25-dən 29-dək Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.
 
Sport7.az xəbər verir ki, millimiz ilk oyunda mayın 26-da Ukrayna yığması ilə qarşılaşacaq. U-21 ilk oyunun nəticəsindən asılı olaraq, mayın 28-də Tunis və ya Özbəkistan yığmalarından biri ilə üz-üzə gələcək.

Millimiz turnirə hazırlıq məqsədi ilə mayın 19-dan 24-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Toplanış və turnir üçün heyətə dəvət olunacaq futbolçuların siyahısı açıqlanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR