Millimiz yoldaşlıq görüşləri keçirəcək

Millimiz yoldaşlıq görüşləri keçirəcək

İyunun 28-dən iyulun 11-dək Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışı keçən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıya qayıdıb. 

Sport7.az xəbər verir ki, yığmamız Avropa çempionatına hazırlıqları iyulun 26-na kimi paytaxtda davam etdirəcək. Millimiz Bakıda hazırlığın gedişində ölkəmizdə toplanış keçəcək Belarus və Macarıstan komandaları ilə bir neçə yoldaşlıq görüşü də keçirəcək. 

Avqustun 18-dən sentyabrın 4-dək olacaq Avropa çempionatının final mərhələsində 24 komanda, 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. A qrupunda mübarizə aparacaq komandamızın rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq. Yığmamız görüşlərini Serbiyanın paytaxtı Belqradda keçirəcək. 
 
Oyunlarımızın təqvimi
 
20 avqust
17:00. Azərbaycan - Belçika
 
21 avqust
18:00. Azərbaycan – Bosniya və Herseqovina
 
22 avqust
17:00. Rusiya – Azərbaycan
 
24 avqust
20:00. Azərbaycan - Serbiya
 
25 avqust
17:00. Fransa – Azərbaycan
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR