Millimizin rəqibinin yeni baş məşqçisinin adı açıqlandı

Millimizin rəqibinin yeni baş məşqçisinin adı açıqlandı

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Serbiya yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Sport7.az xəbər verir ki, yerli futbol assosiasiyası bu posta Draqan Stoykoviçi gətirib.

Bəzi texniki məsələyə aydınlıq gətirdikdən sonra tərəflər arasında rəsmi müqaviləyə qol çəkiləcək. Stoykoviç bu postda ötən ilin dekabrında istefaya göndərilən Lubiş Tumbakoviçi əvəz edib.

Serbiya yığması martın 30-da qrup mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinin qonağı olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR