Millimizin sabiq üzvü klubsuz qaldı

Millimizin sabiq üzvü klubsuz qaldı

Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova klubsuz qalıb.

Sport7.az xəbər verir ki, Rəhimova son 2 mövsümdə şərəfini qoruduğu Braziliyanın "Sesi Bauru” klubundan ayrılıb. Cənubi amerikalılar artıq onun yerinə yeni oyunçu da transfer edib. ABŞ voleybolçusu Nia Rid Braziliya təmsilçisinin şərəfini qoruyacaq.

Milliləşən legionerimizin karyerasını harada davam etdirəcəyi hələ dəqiqləşməyib. Bombardirlik keyfiyyətləri ilə ad çıxaran Polinanın yaxın müddətdə özünə klub tapacağı gözlənilir.

Azərbaycan yığmasının daha bir sabiq oyunçusu Odina Əliyeva bir müddət öncə Polinanın keçmiş komandasına keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR