Sport7.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu "Telstar” da növbəti oyununa çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Eyndhoven”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Ozan da bu matçın iştirakçısı olub. O, 60-cı dəqiqədə meydana buraxılıb.
Ozan "Sabah” klubundan icarə əsasında "Telstar”a keçib. O, Niderland təmsilçisində 5 oyuna çıxıb.
"Telstar” 2-ci liqada 25 turdan sonra 34 xalla 9-cu
sıradadır.