Millimizin üzvü koronavirusa qalib gəldi

Millimizin üzvü koronavirusa qalib gəldi

21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Fərid Nəbiyev koronavirusa qalib gəlib.

Sport7.az xəbər verir ki, Çexiyanın "Viktoriya Jijkov” klubunda çıxış edən həmyerlilərimizin testinin cavabları mənfi çıxıb.

Nəbiyevin karantin müddəti dünəndən başa çatıb. Bu gün həmyerlimizin komandanın məşqlərinə qoşulacağı gözlənilir.

Qeyd edək ki, oktyabrın əvvəlində koronavirusa yoluxmuş futbolçumuz bu səbəbdən U-21-in Avropa çempionatının seçmə mərhələsində Slovakiya (1:2) və Gürcüstanla (0:1) keçirdiyi oyunları buraxmalı olub.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR