Mourinyonun köməkçisi ola bilər -

Mourinyonun köməkçisi ola bilər - "Roma"nın sabiq yarımmüdafiəçisi

"Roma"nın sabiq futbolçusu Daniele De Rossi baş məşqçi təyin olunan Joze Mourinyonun köməkçisi ola bilər.

Sport7.az xəbər verir ki, bu haqda İtaliya mətbuatı yazıb. 38 yaşlı sabiq yarımmüdafiəçi 2021/2022-ci mövsümünün əvvəlində məşqçilər korpusuna qoşulacaq.

De Rossi 2002 - 2019-cu illərdə "Roma"da oynayıb. Joze Mourinyonun mövsümün sonunda paytaxt təmsilçisinə rəhbərlik edəcəyi açıqlanıb. Onunla 3 illik müqavilə imzalanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR