Mourinyonun yeni klubu

Mourinyonun yeni klubu

Bazar ertəsi "Tottenhem”dən istefaya göndərilən Joze Mourinyonun tezliklə özünə yeni iş yeri tapmaq şansı var.
 
Sport7.az xəbər verir ki, o, yenidən İspaniyaya qayıda bilər.

Bəzi mənbələrə inansaq, 58 yaşlı mütəxəssisin "Valensiya”ya baş məşqçi təyin olunacağı gözlənilir. Klubun sahibi Piter Limin portuqaliyalı çalışdırıcının meneceri Xorxe Mendeşlə əlaqə saxladığı bildirilib.
 
İddiaya görə, Mourinyo özü də La Liqada komanda çalışdırmaq perspektivinə müsbət yanaşır.
 
Qeyd edək ki, Mourinyo La Liqa klublarından "Barselona”da məşqçi, "Real”da isə baş məşqçi kimi işləyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR