Murad Allahverdiyev dünya birinciliyində növbəti qələbəsini qazandı

Murad Allahverdiyev dünya birinciliyində növbəti qələbəsini qazandı

Polşanın Keltse şəhərində təşkil olunan gənc boksçular arasında dünya birinciliyində altıncı günə yekun vurulub.
 
Sport7.az xəbər verir ki, 1/8 final mərhələsinin axırıncı günündə Azərbaycan millisinin daha bir üzvü rinqdən qalib ayrılıb. İlk döyüşündə Domeniko Vingiquerranı (İtaliya) məğlub edən Murad Allahverdiyev (81 kq) ikinci duelində Kaan Aykutsundan (Türkiyə) da üstün olub. Təmsilçimiz bu dəfə də rəqibi üzərində 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesablı qələbəyə sevinib.

O, aprelin 19-da baş tutacaq 1/4 finalda ukraynalı Denis Şalabayla qarşılaşacaq.

Allahverdiyevdən fərqli, Cəlal Qurbanov (60 kq) 1/8 finalda mübarizəni dayandırıb. Yaponiyalı Reyto Tsutsumi ilə döyüşən boksçumuz məğlubiyyətə üzülüb.

Yığmamızın heyətində daha öncə Nicat Hüseynov (49 kq), Əli Zamanov (52 kq) və Əzrək Bəbirov (56 kq) 1/4 finalda iştirak hüququ qazanıb. 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyi aprelin 23-də başa çatacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR