Mütəllimovla yeni müqavilə imzalandı

Mütəllimovla yeni müqavilə imzalandı

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
 
Sport7.az xəbər verir ki, komandanın "7 nömrə"si Tellur Mütəllimov növbəti mövsümdə də Sumqayıt təmsilçisinin formasını geyinəcək. 
 
Ötən mövsümdən "Sumqayıt"ın şərəfini qoruyan Tellur Mütəllimov ümümilikdə 25 oyunda meydana çıxıb. O, 3 dəfə də rəqib qapılarına yol tapmağa müvəffəq olub.
 
Tellur həmçinin Azərbaycanın U-21 və "A" millilərinin uğurları üçün çalışıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR