Ndlovu

Ndlovu "Qarabağ"da vurduğu tarixi qoldan danışdı

"Biz "Qarabağ"ı bütün dünyaya tanıtmaq istəyirdik, amma cavab matçının ilk hissəsində demək olar, ən pis oyunumuzu keçirdik”.

Sport7.az xəbər verir ki, bunu "Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovu "Germiston City News”a açıqlamasında deyib.

Hazırda Çinin "Xançjou Qrintaun" klubunda top qovan cənubi afrikalı Çempionlar Liqasının pley-off mərhələsində Danirmarkada "Kopenhagen”lə keçirilən cavab matçından danışıb. O, vurduğu tarixi qolu belə xatırlayıb: "Baş məşqçimiz dedi ki, rəqib bütün gücü ilə irəli atılacaq, qol vurmağa çalışacaq, bizim isə yalnız bir-iki şansımız olacaq. İkinci hissənin başlanmasından bir neçə dəqiqə sonra qol vurdum".

Xatırladaq ki, Ağdam klubu 2017-ci ilin avqustunda keçirilən iki oyunun nəticəsinə görə (1:0, 1:2) "Kopenhagen”i üstələyərək ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə düşmüşdü.

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR