“Neftçi” B seriyasında oynayan “sambaçı”nı hədəfə alıb

“Neftçi” B seriyasında oynayan “sambaçı”nı hədəfə alıb

"Neftçi" klubu Braziliyanın B Seriyasında çıxış edən "Quarani" komandasının futbolçusu Tallison Auqustonu heyətinə qatır.
 
Sport7.az xəbər verir ki, bu barədə "Report" "Terra" nəşrinə istinadla məlumat yayıb. 29 yaşlı braziliyalı müdafiəçi paytaxt klubu ilə 3 illik sözləşmə imzalayacaq.
 
O, ötən gün komanda ilə yollarını ayıran  haitili Donald Geryeni əvəzləyəcək. "Quarani"nin icraçı direktoru Miçel Alves futbolçunun Azərbaycan klubuna keçəcəyini təsdiqləyib. O, Tallisona təklif olunan məbləğin hazırkı komandasındakı qazancından çox olduğunu söyləyib.
 
Qeyd edək ki, Tallison Auqusto ölkəsində "Flamenqo" və "Vitoriya" kimi klubların formasını geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR