"Neftçi" bizdən güclü deyil" - Kaxaber Tsxadadze

"Çoxdandır Bakıda deyildim. Azərbaycanda uzun illər çalışmışam. Bakı mənim üçün ən önəmli şəhərlərdən biridir".

Sport7.az xəbər verir ki, bu sözləri Tbilisi "Dinamo”sunun baş məşqçisi Kaxaber Sxadadze Çempionlar Liqasının I təsnifat mərhələsində "Neftçi” ilə keçiriləcək cavab matçı barədə danışarkən deyib.

Gürcüstanlı mütəxəssis öz meydanlarındakı 1:2 hesablı məğlubiyyətə baxmayaraq, sabahkı qarşılaşmada komandasına güvənir.
 
Sxadadze mətbuat konfransında bu fikirləri səsləndirib: "İlk oyun çox maraqlı və çətin keçdi. Sabahkı görüş də fərqlənməyəcək. Maraqlı mübarizə olacaq, hər biriniz həzz alacaqsınız. Əminliklə deyə bilərəm ki, sabahkı görüş qat-qat çətin olacaq. Çünki hər iki komanda rəqibin zəif cəhətlərini gördü. Bu da matçı daha da çətinləşdirəcək".

- Uzun fasilədən sonra Bakıda oldunuz. Bakıda sizin diqqətinizi çəkən nə oldu?
- Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. 6 ildə dəyişən odur ki, Bakını daha geniş və gözəl gördüm.

- Həm hesab, həm də təcrübə "Neftçi"nin xeyrinədir. "Dinamo"nun üstünlüyü nədədir?
- Deyə bilmərəm ki, "Neftçi" bizdən güclüdür. Oyunda 8 zərbə oldu. İki böyük səhvə yol verdik ki, bu da məğlubiyyətimizə səbəb oldu. Əminliklə deyə bilərəm ki, sabah bu səhvlər olmayacaq. "Neftçi"nin də zəif cəhətlərindən istifadə etməyə çalışacağıq.

- UEFA bu mövsümdən səfər qolu üstünlüyünü ləğv edib. Bu amil sizin xeyrinizə, yoxsa ziyanınıza ola bilər?
- Biz bunu problem hesab etmirik. Sabah qələbə qazanmağa ümidimiz var. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR