"Neftçi" braziliyalı futbolçusu ilə yolları ayırdı

"Neftçi” daha bir futbolçusu ilə yolları ayırıb.
 
Sport7.az xəbər verir ki, paytaxt klubu mərkəz müdafiəçisi Rener Alves De Souza ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
 
Ötən ilin yayında "Neftçi”yə keçmiş Rener rəsmi oyunda meydana çıxmayıb. 
 
Klub buna qədər Ahmed Ahmedov, Keysuke Honda, Bruno Teluşi və Səlahət Ağayevlə də vidalaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR