"Neftçi" cərimələndi, Bordin cəzalandı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasda Premyer Liqanın 13-cü turuna aid aşağıdakı qərarlar qəbul olunub.

Premyer Liqanın XIII turunun "Keşlə” – "Sumqayıt” matçında "Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

Premyer Liqanın XIII turunun "Qəbələ” – "Zirə” matçında "Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

Premyer Liqanın XIII turunun "Səbail” – "Neftçi” matçında "Səbail” klubunun 4 №-li futbolçusu Eltun Yaqublu ilə "Neftçi” klubunun meneceri Qədir Həsənov arasındakı mübahisə baş verdiyi üçün hər iki şəxsə xəbərdarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə onları cəza gözləyir;

Oyun başa çatdıqdan sonra "Neftçi” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələr, qeyri-etik şüarlar səsləndiyinə görə klub 4000 azn cərimə olunur;

"Neftçi” klubunun baş məşqçisi Roberto Bordin 4-cü sarı vərəqəsini aldığına görə 1 oyun cəzalanır;

Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə olunur;
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR