"Neftçi" - "Dinamo" (Tbilisi) matçına bilet satışı dayandırıldı

"Neftçi" - "Dinamo" (Tbilisi) matçı üçün bilet satışını dayandırıb.
 
Sport7.az xəbər verir ki, bu haqda klub rəsmi açıqlama yayıb. Buna səbəb matç üçün staışa çıxarılmış biletlərin bitməsi olub. Klubun açıqlamasında bu sözlər yer alıb: "Əziz azarkeşlər, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün saat 21:00-da "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Dinamo” (Tbilisi) oyununa bilet bitdiyi üçün, bilet satışı dayandırılıb".
 
Qiyməti 5 (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 (3B) və 20 (3A) AZN təşkil edən biletlər "Bakcell Arena” stadionunun kassalarında satılırdı. Stadion 11 min azarkeş tutumuna malikdi. Oyuna stadionun azarkeş tutumunun 50 faizi nisbətində azarkeş buraxılmasına icazə verilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR