"Neftçi" gürcüləri keçərsə, bu rəqiblə qarşılaşacaq

Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Sport7.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Azərbaycan çempionu "Neftçi"nin də bu mərhələdəki potensial rəqibi müəyyənləşib.

Səpələnməmişlər səbətində yer alan "ağ-qaralar" I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubunu keçəcəyi təqdirdə, növbəti raundda Yunanıstan klubu "Olimpiakos"la üz-üzə gələcək.
 
Flaqman ilk qarşılaşmasını səfərdə keçirəcək.

II təsnifat mərhələsinin ilk oyunları 20-21 iyulda, cavab görüşləri 27-28 iyulda baş tutacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR