"Neftçi" məşhur klubla qarşılaşacaq - FOTO

"Neftçi"nin Sloveniya toplanışında Rusiyanın "Spartak" (Moskva) komandası ilə yoxlama görüşü keçirəcək.

Sport7.az xəbər verir ki, iyunun 29-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Bu barədə Moskva klubunun sosial şəbəkələrdəki rəsmi səhifələrindən paylaşım edilib.

Xatırladaq ki, iyunun 18-də təlim-məşq toplanışı üçün Sloveniyaya yollanacaq "Neftçi" orada 3 yoxlama oyunu keçirəcək. "Ağ-qaralar" "Spartak"la matçdan öncə - iyunun 21-də Sloveniyanın "Olimpiya” (Lyublyana) komandası ilə üz-üzə gələcək. Ayın 25-dəki rəqib isə hələ müəyyənləşməyib.
 

 

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR