“Neftçi” Mustivarı razı sala bilmir

“Neftçi” Mustivarı razı sala bilmir

"Neftçi" yarımmüdafiəçisi Soni Mustivarla yollarını ayıra bilər.

Sport7.az xəbər verir ki, Haiti millisinin üzvü rəhbərliklə yeni müqavilə məsələsində ortaq məxrəcə gələ bilmir.

30 yaşlı orta sahə oyunçusunu narahat edən əsas məqam "ağ-qaralar"da əsas heyətdə möhkəmlənə bilməməsidir. Baş məşqçi Füzuli Məmmədov onun təcrübəsinə arxalanaraq qalmasını istəsə də, Mustivar buna tərəddüd edir.

Futbolçu "Neftçi"dən ayrılsa belə, karyerasını ölkəmizdə davam etdirmək imkanı var. Çünki Premyer Liqa klubları onun xidmətində maraqlıdır. Konkret olaraq "Sabah" və "Zirə" bu mübarizədə rəqib olsalar da, Mustivar bunun üçün fədakarlıq etməli olacaq. Çünki adıçəkilən komandalar futbolçuya "Neftçi"dəki məvacibini ödəmək iqtidarında deyillər. Bu üzdən "Bastiya"nın yetirməsi üçün mövsümün sonunda Azərbaycanda qalmaq ehtiyat variant olacaq.

Qeyd edək ki, Soni Mustivarın "Neftçi" ilə müqavilə müddəti mayın sonuna qədərdir. (Apasport.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR