"Neftçi" - "Sabah" matçı FIFA referisinə tapşırıldı

Azərbaycan Premyer Liqasında VI turun növbəti təyinatları açıqlanıb.
 
Sport7.az xəbər verir ki, oktyabrın 18-də keçirilən matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib.
 
"Neftçi” və "Sabah” arasında paytaxt derbisi FİFA hakimi Əliyar Ağayevə həvalə olunub. "Sumqayıt”la "Zirə”nin üz-üzə gələcəyi mərkəzi oyunu beynəlxalq dərəcəli hakim statusu bu il başa çatan Rəhim Həsənov idarə edəcək.
 
Azərbaycan Premyer Liqası
VI tur
18 oktyabr
"Neftçi" - "Sabah"
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
"Bakcell Arena", 14:00
 
"Sumqayıt" - "Zirə"
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
"Kapital Bank Arena", 16:00
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR