"Neftçi" Tbilisi "Dinamo"suna qarşı - YENİLƏNİR

"Neftçi" bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Sport7.az xəbər verir ki, flaqman Gürcüstan təmsilçisi "Dinamo" (Tbilisi) ilə qarşılaşacaq. "Bakcell Arena"da keçiriləcək görüş saat 21:00-da start götürəcək. Matçı Moldova Futbol Federasiyasından Dumitri Muntean idarə edəcək.

Komandalar arasında Tbilsidəki ilk qarşılaşma "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu mənada Bakı təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də kifayət edəcək. Səfər qolu qaydası ləğv edildiyindən iki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alınarsa, komandalar əlavə 30 dəqiqə mübarizə aparacaqlar. Ehtiyac olarsa, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə oluna bilər.

Matça stadionun tutumunun 50 faizi qədər fanat buraxılacaq.
 
Bu cütün qalibi II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"una rəqib olacaq. 

UEFA Çempionlar Liqası, I təsnifat mərhələsi, cavab oyunu

21:00. "Neftçi" - "Dinamo" (Tbilisi, Gürcüstan) (İlk oyun - 2:1)

Hakimlər: Dumitri Muntean, Vlad Lifçu, Vadim Vikol, Qabriel Tupiçika (Moldova)
Bakı, "Bakcell Arena" stadionu

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR