"Neftçi"dən ayrılıb Latviya klubuna keçdi

Bu yay "Neftçi"dən ayrılan Dario Frederikonun yeni komandası müəyyənləşib. 
 
Sport7.az xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını Latviyanın "Riqa" klubunda davam etdirəcək. 
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Artıq braziliyalı hücumçu ilə müqavilə imzalanıb. Lakin sözləşmənin detalları açıqlanmayıb. 

Qeyd edək ki, Dario Frederiko Azərbaycanda "Kəpəz"in də formasını geyinib. O, "Neftçi”nin heyətində keçirdiyi iki mövsüm ərzində 40 oyunda meydana çıxıb, 5 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR