"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNDİ

"Neftçi" bu gün Çempionlar Liqasında mübarizəyə start verib.

Sport7.az xəbər verir ki, "ağ-qaralar" 7 ildən sonra qitənin əsas klub turnirində qüvvəsini sınayıb. Flaqman I təsnifat mərhələsində Gürcüstanın ən titullu klubu olan Tbilisi "Dinamo"su ilə qarşılaşıb. Boris Payçadze adına "Dinamo Arena”da gerçəkləşən qarşılaşma "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

UEFA Çempionlar Liqası, I təsnifat mərhələsi, ilk oyun

20:00. "Dinamo" (Gürcüstan) - "Neftçi" (Azərbaycan) 1:2
(Namiq Ələsgərov, 23, Emin Mahmudov, 57-p. - Maruşiç, 36)
 
"Dinamo": 30. Roin Kvasxvadze, 6. Bakar Kardava, 8. Milan Radin, 9. Giorgi Qabedava, 12. Levan Xarabadze, 15. Giorgi Papava (kap.), 19. Simon Qbeqnon, 21. Giorgi Kutsiya, 22. Fabian Sporkslede, 32. Zoran Maruşiç, 39. Saba Xvadagiani
Ehtiyat oyunçular: 13. Omar Migineişvili, 3. Aleksandre Kalandadze, 5. Davit Koburi, 17. Tornike Axvlediani, 18. Barnes Osei, 24. Nodar İaşvili, 25. Tornike Morçiladze, 27. Anzor Mekvabişvili, 38. Nodari Kavtaradze
Baş məşqçi: Kaxaber Tsxadadze

"Neftçi": 30. Aqil Mammadov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 7. Namik Ələskərov, 8. Emin Mahmudov (kap.), 10. Sezar Meza Kolli, 11. Harramiz Suareş, 20. Mert Çelik, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov

Baş hakim: David Fuksman, Nati Dotan, Matityahu Yakobov, İdan Leiba (İsrail)

UEFA nümayəndəsi: Lukas Soyski (Polşa)
Hakim-inspektor: Uilyam Yanq (Şotlandiya)
Tbilisi, Boris Payçadze adına "Dinamo Arena”

Bu cütün qalibi II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək. Məğlub tərəf isə yoluna Konfrans Liqasında davam edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR