"Neftçi"nin sabiq futbolçusunun yeni klubu müəyyənləşdi

"Neftçi"nin sabiq futbolçusu Uqo Barqasın yeni klubu müəyyənləşib.

Sport7.az xəbər verir ki, fransalı hücumçu Argentina təmsilçisi "San Luka"ya transfer olunub. Klubun rəsmi saytında 34 yaşlı forvardla 1 illik müqavilə imzalandığı qeyd olunub.

2017/2018 mövsümündə "Neftçi"də çıxış etmiş Barqas "ağ-qara" forma ilə 26 oyun keçirib və 5 qol vurub. Onun son klubu isə Salvador təmsilçisi FAS olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR