"Neftçi"nin Teluşiyə ödəyəcəyi məbləğ açıqlandı

"Neftçi"nin yeni transferi Bruno Teluşinin paytaxt klubunda qazanacağı məvacib məlum olub.

Sport7.az xəbər verir ki, bu haqda "Panoramasport" nəşri məlumat yayıb. Flaqman albaniyalı dayaq yarımmüdafiəçisinə bir mövsüm üçün 100 000 avro ödəyəcək.

29 yaşlı oyunçu ilə mövsümün sonunadək sözləşmə bağlanıb. O, yeni komandasında 17 nömrəli formanı geyinəcək.

Teluşi İtaliyanın "Virtus Entella” (2007-2011), Albaniyanın "Flamurtari” (2011-2017), "Partizani” (2018-2020), "Kukesi” (2020) və Xorvatiyanın "Slaven Belupo” (2017) klublarında çıxış edib, Albaniya kubokunun (2014), çempionatının (2019) və Super Kubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR