Neymarın PSJ-dəki taleyinə aydınlıq gəldi

Neymarın PSJ-dəki taleyinə aydınlıq gəldi

PSJ-nin hücumçusu Neymarın taleyinə aydınlıq gəlib.

Sport7.az xəbər verir ki, braziliyalı futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya” ilə keçirilən qarşılaşmadan sonra qalacağını açıqlayıb. Komandasının yarımfinal mərhələsinə yüksəlməsindən sonra təəssüratlarını bölüşən ulduz futbolçu "Barselona”ya qayıtmaq istəyi ilə bağlı gəzən söz-söhbəti təkzib edib: "PSJ ilə müqavilə müddətinin uzadılması artıq problem deyil. Açığı, Parisdə özümü evimdəki kimi hiss edirəm. İndi əvvəlkindən daha xoşbəxtəm”.

Paris təmsilçisinin prezidenti Nasser el-Xelaifi də açıqlamasında hücumçuları Neymar və Kilian Mbappeni saxlayacaqlarını söyləyib: "Barselona” və "Bavariya”nı məğlub etdik, bu çox şey deməkdir. Turniri qazanmağa doğru irəliləyirik. Komandanın bütün turnirləri qazanması üçün çox pul yatırmışıq. Neymar və
 
Mbappenin də klubdan ayrılmaq üçün heç bir səbəbi yoxdur”.
 
2017-ci ildə "Barselona”dan 222 milyon avroya transfer edilən Neymarın PSJ ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.
 
Spot7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR