Nikaraqua gimanastı Azərbaycandan hədiyyə aldı

Nikaraqua gimanastı Azərbaycandan hədiyyə aldı

Nikaraqua gimnastı Sofiya Estradaya, bu cümə axşamı, 30 iyul tarixində Azərbaycanın bədii gimnastika üzrə Baş məşqçisi Mariana Vasileva tərəfindən bir dəst alət (ip, top, gürzlər, lent) və yarış geyimi hədiyyə edildi.
 
Sport7.az xəbər verir ki, bu haqda Nikaraqua Gimnastika Federasiyasının rəsmi saytında məlumat yer alıb. Onlayn məşq üçün plastik şüşə və borulardan  hazırlanan alətlərlə çalışan gimanstın videosundan sonra Azərbaycan tərəfindən ona hədiyyə göndərilib.
 
Qurumun məlumatında, "Hər şey Nikaraqua Gimnastika Federasiyasının Sofiyanın anasının köməyi ilə onlayn məşq üçün hazırladığı plastik şüşə və borulardan hazırlanmış gürzlərlə bağlı etdiyi paylaşımla başladı.

Həmçinin, Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü olan Vasileva, bundan bir neçə dəqiqə sonra əlaqə saxlayaraq, məşq və yarış üçün bütün lazımi ləvazimatları hədiyyə etmək istədiyini bildirdi.
 
Nikaraqua Gimnastika Federasiyasının prezidenti Kenia Herrera Baş məşqçinin gimnastın öz xəyalını gerçəkləşdirməsini arzuladığını və bu səbəblə onu gimnastikanın yüksək səviyyədə olduğu Avrasiya ölkəsinə təlim-məşq toplanışına dəvət etmək imkanının olacağını bildirdi.
Əslən Siudad-Sandinodan olan 12 yaşlı idmançı elastikliyinə görə 7 yaşından baletlə məşğul olurdu. Bu ilin fevral ayında o, idmana aşiq olacağını düşünmədən öz bacarığını bədii gimnastikada sınamağa qərar verdi.
 
Aldığı hədiyyədən ruhlanan və layiqli gimnast olmaq üçün bütün gücü ilə məşq edən gimnastın arzusu Nikaraquanı qürurla təmsil etmək, beynəlxalq yarışlarda ölkəsinə qızıl medal qazandırmaqdır" sözləri yazılıb.
 
Sport7.az
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR