Novruz Məmmədov:

Novruz Məmmədov: "Bunun çempionatda bizə çox köməyi dəyəcək"

"Neçə gündür ki, ağır məşqlər keçirik. Gündə iki dəfə olmaqla səylə hazırlaşırıq. Həm fiziki, həm də taktiki məşqlər üzərində işləyirik”.
 
Sport7.az xəbər verir ki, bu sözləri "Kəpəz”in futbolçusu Novruz Məmmədov deyib. Klubun mətbuat xidmətinə açıqlama verən elita təcrübəsinə malik müdafiəçi hazırlıq prosesini dəyərləndirib: "Gərgin məşqlərin fonunda necə hazırlaşdığımızı faizlə deyə bilmərəm. Hamı ürəklə verilən tapşırıqları yerinə yetirməyə çalışır. Toplanışın ilk mərhələsində əsasən, fiziki məşqlər üzərində çalışdıq. Bunun çempionatda bizə çox köməyi dəyəcək. Çox qaçmaq, mübarizə aparmaq üçün bu güc bizə lazım olacaq. Ona görə də maksimum səviyyədə çalışıb, fiziki gücümüzü qaydaya salmalıyıq”.

Məmmədov 1:1 hesablı bərabərliklə nəticələnən sonuncu yoxlama oyunu haqda da danışıb: "Turan Tovuz” çətin rəqibdir. Səhvlərimizi bilmək üçün yaxşı oyun oldu. Məncə, səhvlərimiz də var, düzlərimiz də. Çatışmayan şeylər üzərində işləyib, daha yaxşı nəticələr əldə etməyə çalışacağıq. Qarşıda yenə yoxlama oyunlarımız var. Məşqlərlə həmin görüşlərə hazırlaşacağıq”.

I Divizionda fasilə fevralın əvvəlində başa çatacaq. Fevralın 6-da XIV tur çərçivəsində "Kəpəz” Bakıda MOİK-in qonağı olacaq. 30 yaşlı oyunçu çempionatın II dövrəsi ilə bağlı gözləntilərini də dilə gətirib: "Məqsədimiz dəyişməyib. Bacardığımız qədər çox xal yığıb, yüksək yerlər uğrunda mübarizə aparacağıq. Düzdü, asan oyunlar olmayacaq. Amma biz istəyimizdən dönməyəcəyik”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR