Ofsayd qaydalarında dəyişiklik edilir - FİFA prezidenti açıqaldı

Ofsayd qaydalarında dəyişiklik edilir - FİFA prezidenti açıqaldı

"Türkiyə əla futbol ölkəsidir. AVRO-2020-dən qısa müddət sonra dünya çempionatı olacaq. Həmçinin başqa yarışlara da qatıla biləcəklər”.

Sport7.az xəbər verir ki, bunu FİFA prezidenti Canni İnfantino "CNN Türk” kanalına müsahibəsində deyib. Ali futbol qurumunun rəhbəri ofsayd qaydalarında dəyişiklik planlaşdırdıqlarını da sözlərinə əlavə edib: "Hazırda ofsayd məsələsi ilə bağlı çətinlik yaşayırıq. Son 100 ildə bu baxımdan çox dəyişiklik edildi. Qaydaları hücumçuların lehinə ola biləcək şəkildə dəyişməyi müzakirə edirik. Bunun üzərində çalışmalar davam edir. Qəbul olunarsa, hücumçunun bədəni son müdafiəçidən azacıq öndə olsa belə, ofsayd sayılmayacaq”.

İnfantino yeni qayda sayəsində qol sayında artım olacağını düşünür: "Bu, hücumçulara və hücum edən komandalara üstünlük qazandıracaq. Bəlkə də, matçlar daha hücumameyilli keçəcək və çox qollar olacaq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR