"Olimpiadanı keçirəcəyik" - Baş nazir

Koronavirus pandemiyasına baxmayaraq, Tokio 2020-ci il Yay Olimpiya Oyunlarını nəzərdə tutulan tarixlərdə keçirmək niyyətindədi.

Sport7.az xəbər verir ki, Yaponiyanın baş naziri Şinzo Abe növbəti dəfə bu yöndəki istəyini dilə gətirib:

"İnfeksiyanın yayılmasının qarşısını alacağıq və planlaşdırdığı kimi, problemsiz şəkildə Olimpiadanı keçirəcəyik".

Tokio-2020-nin taleyi ilə bağlı yekun qərarı Beynəlxalq Olimpiya Komitəsi qəbul edəcək.

2020-ci il Yay Olimpiya Oyunları 24 iyul - 9 avqust tarixlərində keçirilməlidi.

Qeyd edək ki, hazırda Yaponiyada koronavirusa yoluxan insanların sayı 1400-ü keçib. Ölkədə 28 nəfər pandemiyadan dünyasını dəyişib.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR