Olimpiya oyunlarını qəbul etməyə daha bir namizəd

Olimpiya oyunlarını qəbul etməyə daha bir namizəd

2030-cu ildə Qış Olimpiya Oyunlarını keçirməyə namizədlərin siyahısı artıb.

Sport7.az xəbər verir ki, Rusiyanın Ufa şəhəri də dördilliyin mötəbər yarışını qəbul etməkdə maraqlıdır. Namizədliklə bağlı sifarişlərin qəbulu hələ başlamayıb. Bu üzdən də rusiyalıların istəyi rəsmiləşməyib.

Ufaya qədər Vankuver (Kanada), Solt-Leyk-Siti (ABŞ), Sapporo (Yaponiya) və iki ortaq təşkilatçılıq ehtimalı var. Bunlar İspaniya, Fransa, Andorra və Polşa, Ukrayna, Latviya "üçlük”ləridir.

Olimpiadanın ev sahibi 2030-cu ildə bəlli olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR