"Onlar zədələnəndə yerlərini doldurmaq çətin olur" - Ayxan Abbasov

Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən "Sabah" – "Sumqayıt” qarşılaşmasının oyun sonrası mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov matçla bağlı fikirlərini media mənsubları ilə bölüşüb.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Bizi çətin səfər oyunu gözləyirdi. Bilirdik ki, "Sabah” son pillədən qurtulmaq istəyir. Necə deyərlər "yaralı aslan" kimidir. Komandanı matça hazırlamağa çalışmışdıq. Heyətimizdə itkilər də var idi. Ümumilikdə birinci hissədən narazı qaldım. Amma ikinci hissədəki mübarizəyə görə futbolçularıma təşəkkür elədim. İstədiyimizi görə bildik. Təəssüf ki, həm vaxt az idi, həm də yorulmuşduq. Qarşıda bizi çətin görüşlər gözləyir, mövsümün sonluğu gərgin keçəcək. Bu mübarizə yəqin ki, son turlara qədər davam edəcək. Bizim üçün çətindir, əksəriyyəti gənc oyunçulardır. İki cəzalı futbolçumuz oldu. Önəmli oyunçular var ki, onlar zədələnəndə yerlərini doldurmaq çətin olur. Amma yenə də futbolçularımla əl-ələ verib sona qədər mübarizə aparacağıq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR