"Onun "Barselona"da qalmasını istəyirik" - Kuman

"Barselona"nın baş məşqçisi Ronald Kuman İspaniya kubokunun finalında "Atletik"i məğlub etdikləri matçdan sonra fikirlərini bildirib.

Sport7.az xəbər verir ki, "Marca"ya açıqlama verən niderlandlı mütəxəssis, 4:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib: "Qələbəyə layiq idik. Qol üçün uzun müddət gözləməli olduq, lakin daha sonra şans yaradıb, fərqlənə bildik. Topa yaxşı nəzarət etdik və 1:0-dan sonra da hücumlarımızı davam etdirərək, qələbəni gətirdik"

Kuman Messinin mövsümün sonunda "Barselona"dan ayrılıb-ayrılmayacağı ilə bağlı suala belə cavab verib: "Lionel Messi ən yaxşı futbolçu olduğunu sübut edib. Ümid edirəm ki, bu, Messinin komandamızın heyətində son kubok oyunu deyil. Onun bizimlə qalmasını istəyirik”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR