Orduya yollanan tanınmış idman adamları – SİYAHI

Orduya yollanan tanınmış idman adamları – SİYAHI

Ali Baş Komandan İlham Əliyevin çağırışına səs verərək, orduya yollanan igid azərbaycanlılar arasında idman ailəsinin üzvləri də var.

Sport7.az xəbər verir ki, MMA döyüşçüsü Tofiq Musayev artıq dünəndən ordu sıralarına yollanıb.

Futbol hakimi Kamal Umudlu, "CBC Sport”un əməkdaşı Süleyman Vəliyev, Taekvando üzrə Avropa Oyunlarının qalibi, Avropa çempionatının mükafatçısı Ayxan Tağızadə də vətənin müdafiəsi üçün hərbi paltar geyinəcək.

İdman mətbuatında maraqlı yazıları ilə tanınan Şıxı Bayramlı və Daşqın Əziz də düşmənin cavabını vermək üçün cəbhəyə yollanır. AFFA-nın mətbuat xidmətinin əməkdaşı Mahal Məmmədov da zabit kimi ordumuzun sıralarına qovuşub.

Siyahını tamamlamaq bir qədər çətindi. Çünki hazırda da proses davam edir, idman ailəsinin üzvləri də digər vətən övladları kimi orduya yollanırlar.

Tanrı Azərbaycan əsgərini qorusun. İnşallah, qələbə yaxındadı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR