Osman Nurməhəmmədov Avropa üçüncüsü oldu

Osman Nurməhəmmədov Avropa üçüncüsü oldu

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Sport7.az xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən güləşçilər mübarizəyə start verib. Əhmədnəbi Qvarzatilov startda Almaniya güləşçisinə vaxtından əvvəl qalib gəlib. Ancaq 1/4 finalda ukraynalı rəqibinə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Qvarzatilov bu gün təsəlliverici görüşə çıxıb və bolqar güləşçini mübarizədən kənarlaşdırıb. Dünya çempionu Beka Lomtadzeylə gərgin keçən mübarizədən məğlub ayrılan Əhmədnəbi 5-ci yerlə kifayətlənib.

Əşrəf Aşırov üçün AÇ-də debüt uğurlu alınmayıb. Həmyerlimiz ilk mərhələdə türk həmkarına minimal fərqlə uduzub.
 
Hacımurad Məhəmmədsəidov 1/8 finalda ikiqat Avropa çempionu və dünya üçüncüsü Artur Nayfonova məğlub olub. Təmsilçimiz zədələndiyi üçün təsəlliverici görüşə də çıxmayıb.
 
Osman Nurməhəmmədov ilk görüşdə alman güləşçi üzərində inamlı qələbə qazanıb. Yığma üzvü Bolqarıstan idmançısına da qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya güləşçisinə məğlub olan Osman aprelin 21-də bürünc medal uğrunda görüşə çıxıb. Böyüklərin qitə birinciliyində debüt edən Nurməhəmmədov ukraynalı rəqibini üstələyərək yığmamıza sonuncu medalı qazandırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR