"Oyun bizim üstünlüyümüzlə keçirdi" - Rəşad Sadıqov

Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində baş tutan "Zirə" - "Keşlə" matçından sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Son turlarda çox yaxşı oyun nümayiş etdirən bir komandaya qarşı oynayırdıq. Xüsusilə də "Qarabağ" və "Sumqayıt"la oyunlarını analiz etdikdə, sürətli oynadıqlarını, mövqe hücumları qurduqlarını görürdük. Baxmayaraq ki, uzun müddətdi qələbə qazanmırlar, oyunun gedişatı göstərirdi ki, çox təhlükəli komandaya qarşı oynayırıq. Çalışırdıq ki, qələbə qazanaq. Düşünürəm ki, oyun bizim üstünlüyümüzlə keçirdi. Amma bəzi məqmalarda dəqiqlik çatmırdı, hücumları tamamlaya bilmirdik. Bərabərə qaldıq, 1 xal qazandıq bu gün. Önümüzdəki oyunlara baxacağıq. Bu komanda ilə kubokun yarımfinalında da rəqibik. Bu oyun bir daha göstərdi ki, yarımfinal matçları da gərgin keçəcək".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR