Paralimpiyaçılarımız indiyəcən

Paralimpiyaçılarımız indiyəcən "TOKİO-2020"yə neçə lisenziya qazanıb

Azərbaycan idmançıları Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına indiyədək 9 lisenziya qazanıblar.

Sport7.az xəbər verir ki, lisenziyalar atletika (3), atıcılıq (2), üzgüçülük (3) və pauerliftinq (1) üzrə əldə edilib.

Paralimpiya Oyunlarına vəsiqəni atletika üzrə Oloxan Musayev, Samir Nəbiyev, Kamil Əliyev, üzgüçülük üzrə Raman Salei, Dana Şandıbina, Vəli İsrafilov, güllə atıcılığı üzrə Yelena Taranova, Kamran Zeynalov, pauerliftinq üzrə Elşən Hüseynov qazanıblar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR