Pirlo istefa vermək niyyətində deyil

Pirlo istefa vermək niyyətində deyil

"Yuventus"un baş məşqçisi Andrea Pirlo istefa verməyəcək.

Sport7.az xəbər verir ki, bu barədə 42 yaşlı mütəxəssis A Seriyasının 35-ci turunda evdə baş tutan "Milan"la oyunda məğlubiyyətdən sonra deyib. O, vəzifəsindən ayrılmaq fikrində olmadığını bildirib: "Müəyyən çətinliklərə baxmayaraq, bu işi böyük həvəslə qəbul etdim. Tam olaraq, klubun sərəncamındayam, Qarşıda hələ üç oyun var, ona görə icazə verilən müddətdə işimi görməyə davam edəcəyəm. Ortada səhv varsa, məsuliyyəti öz üzərimə götürürəm. Bu heyət əla oyunçulardan ibarətdir, Amma nələrinsə yolunda getmədiyini açıq-aydın görünür".

"Yuventus" 69 xalla 5-ci pillədə qərarlaşıb. Komanda ilk "4-lüy"ə düşə bilməsə, Çempionlar Liqasından kənarda qalacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR