Polşa klubu "Zaqlembe"nin "Qarabağ"ın futbolçusu Mahir Emreliyə illik nə qədər məvacib təklif etdiyi məlum olub.
Sport7.az xəbər verir ki, bu barədə polşalı jurnalist Pyotr Kozminski özünün tvitter hesabında yazıb. O, Emreliyə təklif olunan məbləği göstərməsə də, 25 yaşlı hücumçunun qarşı tərəfdən illik 200 000 avro məvacib istədiyini iddia edib.
Azərbaycan millisinin də formasını geyinən Mahir Emrelinin "Qarabağ"la bu ilin yayınadək müqaviləsi var.
Sport7.az