Ponomaryovdan nostalji Türkiyə paylaşımı – VİDEO

Ponomaryovdan nostalji Türkiyə paylaşımı – VİDEO

Hazırda dünyanın əksər yerlərində insanlar evlərinə qapanıb, koronavirusdan qorunmağa çalışırlar.

Sport7.az xəbər verir ki, tanınmışlar bu müddətdə nostalji hisslərlə zəngin paylaşımlarla diqqət çəkir.

Belə paylaşımlardan birini də millimizin sabiq çalışdırıcısı, "Sabah” Müşahidə Şurasının üzvü İqor Ponomaryov edib. Ötənlərin məşhur futbolçusu "feysbuk”dakı şəxsi profilindən 2000-ci ildə keçirilən Azərbaycan – Türkiyə qarşılaşmasının görüntülərini paylaşıb.

Xatırladaq ki, Ponomaryovun baş məşqçi olduğu həmin görüşdə millimi Türkiyə ilə sona qədər gərgin mübarizə aparmış, Hakan Şükürün vurduğu qolla 0:1 hesabıyla məğlub olmuşdu.
 

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR