"Portuqaliya onları udacağımızı bilmir" - Canni De Byazi

"Köməkçilərimdən çox razıyam. Ümid edirəm ki, vacib işlər görə biləcək, italiyalıların ölkə xaricinə qışlamaq və ya vaxt öldürmək üçün getmədiyini sübut edəcəyik".

Sport7.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "TMW" radiosuna açıqlamasında yığmadakı işi barədə danışarkən deyib. 65 yaşlı mütəxəssis martın 24-də səfərdə Portuqaliya ilə oynayacaqları DÇ-2022-nin seçmə mərhələsinin görüşünə də toxunub. İtaliyalı baş məşqçi rəqibin matça rahat çıxacağına ümid etdiyini bildirib: "Tezliklə Portuqaliya ilə vacib oyunumuz var. Əsas problem odur ki, rəqib bizim onları udacağımızı bilmir. Ümid edirəm ki, bizimlə matça rahat çıxacaqlar".

İtaliyanın Turin şəhərindəki "Yuventus" klubuna məxsus stadionda keçiriləcək Portuqaliya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR