Premyer Liqa bu tarixdə başlaya bilər

Premyer Liqa bu tarixdə başlaya bilər

İngiltərə Premyer Liqası gələn ay bərpa oluna bilər.

Ötən gün Böyük Britaniyanın baş naziri Boris Conson parlamentdə ölkənin karantin rejimindən mərhələli çıxış "xəritə"sini açıqlayıb. Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, epidemioloji vəziyyət uyğun olacağı təqdirdə, idman, o cümlədən futbol turnirlərinin iyun ayında başlayacağına dair qərar qəbul ediləcəyi gözlənilir.

Komandaların 18 maydan etibarən məşqlərə başlayacağı, Premyer Liqanın bərpasının isə 12-13 iyun tarixlərinə təsadüf edəcəyi bildirilir.

Qeyd edək ki, İPL-də mövsüm koronavirus pandemiyası səbəbindən mart ayında dayandırılıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR